Ryan Mörfinin yeni layihəsi təqdim olundu

Ryan Mörfinin yeni layihəsi təqdim olundu
23 yanvar 2026
# 18:20

"FX" istehsalı "The Beauty" serialı ilk üç bölümü ilə "Disney+" platformasında yayıma başlayıb.

Kulis.az xəbər verir ki, 6 Emmi mükafatlı Ryan Mörfinin yeni layihəsi “tək bir inyeksiya ilə gözəllik” vədi ilə yayılan, lakin ölümcül nəticələr doğuran virus mövzusundadır.

Serial supermodellərin müəmmalı ölümləri fonunda yüksək moda dünyasının qaranlıq üzünü açır.

Süjet FTB agentlərinin Parisdən Nyu-Yorka uzanan beynəlxalq araşdırması üzərində qurulub.

Qeyd edək ki, "The Beauty" həm triller, həm də distopik janrın elementlərini birləşdirir.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər