Monika Belluçi Ben Kinqsli ilə yeni filmdə

Monika Belluçi Ben Kinqsli ilə yeni filmdə
2 fevral 2018
# 10:24

Monika Belluçi İsrail rejissoru Eran Riklisin filminə çəkiləcək.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, filmin aktyor heyətində Monika ilə bərabər Ben Kinqsli və İtay Tiran da var.

Ben Kinqsli filmdə kimyəvi silahların orta şərq diktatorlarına satılmasını kəşf edən cəsusu, Belluçi isə hədəfdəki sirli qadını oynayır.

Real hadisələrə əsaslanan filmin ssenari müəllifləri Gidon Maron və Emmanuel Nakkaçedir.

İsrail-Belçika-Hollandiya-Portuqaliya birgə istehsalı olan filmin çəkilişləri martda başlayacaq.

# 1356 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #