Rusiyanın Xalq artisti vəfat etdi

Viktor Puşkin

Viktor Puşkin

13 mart 2023
# 14:50

Rusiyanın Xalq artisti Viktor Puşkin 74 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "kp.ru" məlumat yayıb.

“Xabarovsk diyarının, Komsomolsk şəhərinin teatr dünyasına ağır itki üz verdi. Sevimli sənətkar, səmimi insan, parlaq yaradıcı şəxsiyyət Viktor Puşkin vəfat etdi " -, deyə Komsomolsk-na-Amur Dram Teatrı paylaşım edib.

Puşkin 48 ilə yaxın teatr səhnəsində çıxış edib.

Aktyorun repertuarında 120-dən çox rol var. O, 1996-2010-cu illərdə Puşkin Komsomol Dram Teatrının direktoru olub, 1981-ci ildən bu teatrda çalışıb.

# 2255 dəfə oxunub

Müəllifin son yazıları

# # #