“Mənim Günel Mövludun AYO sədri olmasına heç bir etirazım yoxdur”. Bu sözləri gənc yazar Qan Turalı “Qafqazinfo”ya verdiyi açıqlamasında deyib.
Qan Turalı Günel Mövludun AYO-ya qayıdışından, eləcə də keçirilən seçkidən xəbərsiz olduğunu bildirib: “Bu hal artıq ikinci dəfədir ki, təkrarlanır. Aqşin seçiləndə də anoloji hal baş vermişdi. Özümü cəmiyyətə təqdim etmək fikrim yoxdur. Lakin AYO üzvü kimi bu seçkidən xəbərim olmaması məni rəncidə edir. Mən arzulanmadığım yeri dar etmək istəmirəm. Biz AYB-nin bütün üzvlərinin qurultayda iştirakına imkan verilməməsini, qurum üzvlərinin sayını süni səkildə artırılmasını tənqid etmişik. İndi eyni tendensiyanı AYO-da yaşayırıq.
Çox güman ki, mənim AYO haqda səsləndirdiyim və son məqaləmdə qoyulan fikirlər AYO üzvlərinin xoşuna gəlməyib. Olsun. Mən AYO üzvlüyündən çıxdığımı elan edir, ayoçuları balaca AYB-ləri ilə tək buraxıram”.
Qeyd edək ki, bu gün mətbuatda Azad Yazarlar Ocağının idarə heyətinin qərarı ilə yazıçı Günel Mövludun Azad Yazarlar Ocağının sədri vəzifəsinə seçildiyi xəbəri yayılıb. AYO-nun daxili nizamnaməsinə görə Günel 1 il müddətinə təşkilata rəhbərlik edəcək, ədəbi görüşlər keçirmək, tədbirlər həyata keçirmək, təşkilatı təmsil etmək, mətbuata açıqlamalar vermək məsuliyyətini öz üzərinə alacaqdır.
Qan Turalı istefa verdi
12 yanvar 2013
20:45
3025 dəfə oxunub