Məşhur rus qrupu “Ruki vverx”in lideri Sergey Jukov Estoniyadakı konsertlərinin ləğvindən təəssüfləndiyini bildirərək, həmin ölkənin sakinlərini qrupun Rusiyadakı konsertlərinə dəvət edib.
Kulis.az TASS-a istinadla xəbər verir ki, Estoniya hökuməti məşhur “Ruki vverx” qrupunun üzvlərinin ölkəyə girişinə 5 il qadağa qoyub.
"Çox təəssüf edirəm ki, estoniyalılar öz ölkələrində "Ruki vverx" qrupunun konsertlərində iştirak edə bilməyəcək. Mən onları Rusiyadakı konsertlərə dəvət etməkdən məmnunam", - deyə müğənni bildirib.