"Bir tərəfdə Bəhram Bağırzadənin xəstəliyinə inanmayan insanlar, digər tərəfdə isə yaşaması üçün dəridən-qabıqdan çıxan tibbi heyət".
Kulis.az xəbər verir ki, bunu tibb elmləri doktoru, millət vəkili Rəşad Madmudov deyib:
O, bildirib ki, əməkdar artistin səhhətində irəliləyiş hiss olunur.
"Bir tərəfdə bu şoudur deyən kəslər, digər tərəfdə 19/06/2020 tarixli xarici ekspert rəylərində “bir faiz belə yaşama şansı yoxdu” açıqlamasını eşidib üzülənlər və kədərlənənlər…
Günlərdir koma vəziyyətində reanimasiyada yatan Bəhram Bağırzadənin səhhətində müsbətə doğru dəyişiklik var. Ağciyər fəaliyyəti yavaş-yavaş bərpa olunur. Ümidlərimizin tükəndiyi anda, “ağciyər transplantasiyası yoxsa mezenkimal kök hüceyrəmi?” kimi fərqli spekulyativ müzakirələrin aparıldığı şəraitdə Bəhram qardaşımız yaşamaq uğrunda mübarizə apardı və bu hələ də davam edir".