Kilsədə qalmaqallı dəb gecəsi mübahisələrə səbəb oldu

Kilsədə qalmaqallı dəb gecəsi mübahisələrə səbəb oldu
8 avqust 2025
# 13:20

Almaniyanın məşhur idman geyimləri istehsalçısı "Adidas" Çinin Şanxay şəhərində yerləşən bir kilsədə özünün "Adidas Originals" xətti üçün dəb gecəsi təşkil edib.

Kulis.az xəbər verir ki, tədbir zamanı kilsənin interyeri markanın simvolu olan üç zolaqla bəzədilib, binanın fasadına isə "Adidas Originals" loqotipinin silueti asılıb.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, bir çox istifadəçi bu addımı qeyri-etik və dini məkanların ticarət məqsədilə istifadə olunması kimi qiymətləndirsə də, digərləri böyük maraqla qarşılayıblar.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər