Rus reper deportasiya olundu

Rus reper deportasiya olundu
22 fevral 2024
# 11:20

Tailandda saxlanılan rusiyalı reper Matranq Moskvaya deportasiya olunub.

Kulis.az xəbər verir ki, bu barədə onun bacısı sosial şəbəkədə məlumat yayıb. O, narkotik istifadəçisi olan reperin hazırda klinikaların birində reabilitasiyada olduğunu bildirib:

"Çoxları Alanın narkotik istifadə etdiyinə inanmaq istəmirdi, amma təəssüf ki, bu, acı həqiqətdir. Biz onun bu vəziyyətdən çıxmasına kömək etmək üçün əlimizdən gələni edirik. İndi Alanı çox uzun bir müalicə gözləyir. O, ünsiyyət qurmayacaq, çıxış etməyəcək və bütün ictimai fəaliyyəti dayandırılacaq".

Qeyd edək ki, Matranq Puket adasındakı kafedə saxlanılmışdı.

# 351 dəfə oxunub

Müəllifin son yazıları

# # #