Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı
21 sentyabr 2026
# 11:00

Parisdəki məşhur Luvr muzeyində Leonardo da Vinçinin "Mona Liza" əsərinin nümayiş olunduğu salonda növbəti xoşagəlməz hadisə baş verib.

Kulis.az xəbər verir ki, iki Almaniya vətəndaşı iki tablonu yapışqan lentlə salonun divarına sabitləyib.

Muzeyin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılan şəxslər divara kiçikçaplı zərər vurduqları üçün polisə təhvil veriliblər.

İfadələri alınan şübhəlilər bu əməli sadəcə "əyləncə məqsədilə" etdiklərini deyiblər.

Luvr muzeyinin rəsmi şikayətindən sonra hər iki şəxsin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Hadisə zamanı qoruyucu şüşə arxasında saxlanılan "Mona Liza" əsərinə heç bir xələl gəlməyib.

Qeyd edək ki, son dövrlərdə Fransanın muzey və qalereyalarında təhlükəsizlik boşluqları və ardıcıl yaşanan oğurluq hadisələri ölkə ictimaiyyətində böyük müzakirələrə səbəb olub.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər