Rövşən Əsgərov Rusiyada terrorçuların siyahısına salındı

Rövşən Əsgərov Rusiyada terrorçuların siyahısına salındı
22 yanvar 2025
# 17:53

“Nə? Harada? Nə vaxt?” intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rosfinmonitorinq məlumat yayıb.

Qeyd edək ki, Rövşən Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.

İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.

# 171 dəfə oxunub

Müəllifin son yazıları

# # #