Rihanna yeni animasiya layihəsində

Rihanna yeni animasiya layihəsində
1 may 2023
# 14:50

Barbadoslu müğənni Rihanna Şirinlər haqqında yeni animasiya layihəsi olan 'The Smurf' cizgi filmində Smurfette adlı personajı səsləndirəcək, eyni zamanda cizgi filminin soundtrackini də yazacaq.

Kulis.az xəbər verir ki, bu barədə "Sound of Media" məlumat yayıb.

“Animasiya filminin yaradılmasında iştirak etmək mənim üçün əyləncəli bir macəra idi... Mən fantaziyamı işə salmalı, pijamamda görünməli və mavi zolaqlara çevrilməliydim”, - deyə ifaçı sosial şəbəkədə paylaşıb.

Filmin rejissoru Chris Millerdir.

Qeyd edək ki, filmin premyerası 2025-ci il fevralın 14-də planlaşdırılıb.

Рианна сыграет в новом фильме о смурфиках

# 796 dəfə oxunub

Müəllifin son yazıları

# # #