Fikrət Qoca: “Əsgərlərimizin alnından öpürəm"

Fikrət Qoca: “Əsgərlərimizin alnından öpürəm"
7 oktyabr 2020
# 11:01

“Əsgərlərimizin gözündən, alnından öpürəm”.

Bu sözləri son günlər cəbhədə baş verən hadisələrlə bağlı fikirlərini Kulis.azla bölüşən Xalq şairi Fikrət Qoca söyləyib. Şair bildirib ki, Qarabağın tezliklə tamam azad olunacağına şübhəsi yoxdur:

“Ordumuzun uğurlarına çox sevinirəm. Qarabağı alırıq və alacağıq. Balalarımız, nəvələrimiz tezliklə o gözəl yerləri görəcək”.

F.Qoca daha sonra bunları əlavə edib:

“Əsgərlərimiz böyük bir missiya həyata keçirirlər. Onlar ölümsüzlüyə, əbədiyyata gedirlər. İrəliləyib qalan torpaqlarımızı da işğaldan azad edəcəyik. Əsgərlərimiz qəhrəmandırlar. Allah onları qorusun!”

# 2124 dəfə oxunub

Müəllifin son yazıları

# # #