Rihanna bu il keçiriləcək "Oskar" mükafatlandırma mərasimində çıxış edəcək.
Kulis.az xəbər verir ki, ifaçı 95-ci dəfə təşkil olunan gecədə "Ən yaxşı orijinal mahnı" nominasiyasında namizəd olan "Lift Me Up from Black Panther: Wakanda Forever" mahnısını ifa edəcək.
Trekin bəstəkarı Lüdviq Göransson və "Qara Pantera"nın rejissoru Rayan Kuqlerdir.
Bu, Rihannanın ilk "Oskar" namizədliyi olacaq.
Qeyd edək ki, "Oskar" mükafatlandırma mərasimi martın 12-də keçiriləcək.