Maestro Niyazinin xatirəsi yad olunub

Maestro Niyazinin xatirəsi yad olunub
2 avqust 2021
# 16:55

Bu gün görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı Maestro Niyazinin vəfatından 37 il ötür.

Kulis.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin mənzil-muzeyinin əməkdaşları, tanınmış musiqiçilər və ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda sənətkarın məzarını və Bakı şəhərindəki abidəsini ziyarət ediblər.

Muzeydə “Açıq qapı” günündə Niyazi haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub. Muzeyə gələn ziyarətçilərə Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Həmçinin Əməkdar mədəniyyət işçisi, görkəmli publisist Fazil Rəhmanzadənin işıq üzü görmüş “Ən böyük Niyazi, ondan böyük yox!..” kitabının təqdimatı da keçirilib.

# 1406 dəfə oxunub

Müəllifin son yazıları

# # #