Rəngkarlıq Muzeyində uşaqlar üçün ustad dərsləri

Rəngkarlıq Muzeyində uşaqlar üçün ustad dərsləri
12 oktyabr 2022
# 18:20

Oktyabrın 15-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində 8-12 yaşlı uşaqlar üçün “Little YARAT” adlı ustad dərsləri təşkil olunacaq.

Kulis.az xəbər verir ki, ustad dərsi Azərbaycanın Əməkdar rəssamı Yelena Haqverdiyeva tərəfindən keçiriləcək.

Tədbir zamanı gənc iştirakçılar taxta səthi üzərində akril boyalar ilə fərqli ornamentlər çəkəcək, rəng və fiqurlar ilə vəhdət yaratmağı öyrənəcəklər.

Ustad dərsləri Ucal Haqverdiyevin “Mövcudluqda ünsiyyət” retrospektiv sərgisi çərçivəsində təşkil ediləcək.

# 1192 dəfə oxunub

Müəllifin son yazıları

# # #