Rejissorumuzun filmi beynəlxalq proqramda

Rejissorumuzun filmi beynəlxalq proqramda
13 fevral 2025
# 15:10

Rejissor Orxan Ağazadənin “Məhbus” film layihəsi Berlin Beynəlxalq Film Festivalının “istedadların inkişafı proqramı” üçün seçilib.

Kulis.az xəbər verir ki, bu proqram 2003-cü ildən etibarən hər il dünyanın kino və serial sənayesindən 200-ə yaxın yaradıcı şəxsi seçərək festival çərçivəsində müxtəlif vörkshop və master-klasslara cəlb edir.

“Məhbus” festivalda seçilən 10 tammetrajlı bədii film layihəsindən biridir. Filmin müəllifləri proqram çərçivəsində layihələrini inkişaf etdirmək imkanı qazanıblar.

Qeyd edək ki, film dram janrındadır, keçmişindən qurtula bilməyən Rasimin hekayəsindən bəhs olunur.

“Məhbus” rejissorun ilk tammetrajlı bədii film layihəsidir.

# 482 dəfə oxunub

Müəllifin son yazıları

# # #