Rasim Balayev xəstəxanaya yerləşdirildi

Rasim Balayev, Xalq artisti

Rasim Balayev, Xalq artisti

6 may 2022
# 10:46

Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

Kulis.az xəbər verir ki, bunu Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.

Qeyd edək ki, Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.

# 2229 dəfə oxunub

Müəllifin son yazıları

# # #