Raqif Raufoğlunun imza günü olacaq

Raqif Raufoğlunun imza günü olacaq
28 aprel 2024
# 10:00

Bu gün yazıçı-şair, radio aparcısı Raqif Raufoğlunun "Ustad" romanının imza günü olacaq.

Kulis.az xəbər verir ki, imza günü saat 15:00-da Gənclik Mall-da yerləşən LİBRAFF kitab mağazasında baş tutacaq.

Roman Azərbaycan tarixinə fərqli yanaşma əsasında qələmə alınıb. Milli və irfani kimlik məsələsinin ön planda olduğu və ayrı-ayrı tərəflərinin incəliyinə qədər araşdırıldığı bu əsərdə oxucuya müasir dillə bir çox alternativlər təqdim edilir. "Ustad" janr və üslub baxımından alışmadığı-mız tərzdə, fərqli təhkiyə üslubunda yazılıb. Reallıqla mistikanın sərhədində baş verən hadisələr oxucunu dilemma qarşısında qoyub çaşdırsa da, əsərdə bir çox suallara maraqlı və ağlabatan cavablar tapmaq mümkündür.

“TEAS Press” nəşriyyat evində çapdan çıxan kitabın redaktorları Cəlil Cavanşir, Kərim Kərimli, korrektoru Flora Əliyeva, texniki redaktoru Vüsalə Babayevadır.

Qeyd edək ki, Raqif Raufoğlu 2001-ci ildən dövri mətbuatda çıxış edir. Bir müddət "Ənvər Paşa” və “Doqquz iklim" jurnallarının, həmçinin ATV telekanalında yayımlanan "Rəsmilər qeyri-rəsmi" verilişinin redaktoru olub. Azərbaycanın ilk virtual dərnəyinin – "Ölü yazarlar dərnəyi"nin yaradıcılarından biridir. Barak Obamanın "Atamın arzuları" ("Dreams from my father") kitabını Azərbaycan dilinə çevirərək 2009-cu ildə nəşr etdirib. 2011-ci ildə həmmüəllifi olduğu "Ölü yazarlar dərnəyi” kitabı, 2014-cü ildə "Qadağan olunmuş kitab" romanı və "Çirkinlik" əsəri işıq üzü görüb. 2003-cü ildə "Danışa bilsə dünya", 2020-ci ildə isə "Olar səni qucaqlayım" adlı şeirlər kitabları nəşr olunub. 2009-cu ildən "Azad Azərbaycan" (106.3 FM) radiosunun əməkdaşıdır.

# 476 dəfə oxunub

Müəllifin son yazıları

# # #