“Qulliver Cırtdanlar ölkəsində” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

“Qulliver Cırtdanlar ölkəsində”  yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində
6 fevral 2024
# 14:30

Fevralın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Tamaşada kukla elementlərindən məharətlə istifadə olunub. Müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks etdirilib. Uşaq və yeniyetmələrə təbliğ olunan əsas məqam darda olanlara kömək etməyin, mərhəmətli olmağın vacibliyidir.

“Qulliver Cırtdanlar ölkəsində” tamaşasında əsas rolları Elşən Hacıbabayev və Müşfiq Əliyev ifa edəcək.

# 450 dəfə oxunub

Müəllifin son yazıları

# # #