Haruki Murakami Nobelə namizədlərin reytinqinə başçılıq edir

Haruki Murakami Nobelə namizədlərin reytinqinə başçılıq edir
23 avqust 2023
# 18:00

Nobel həftəsi ənənəvi olaraq 2023-cü ilin oktyabrında keçiriləcək, lakin bukmeykerlər artıq reytinqlər tərtib etməyə başlayıblar. Belə ki, “Nicerodds” saytında dünyanın ən nüfuzlu mükafatının ədəbiyyat üzrə namizədlərinin siyahısı dərc edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya görə, bukmeyker reytinqinin favoriti Haruki Murakamidir. Avqustun 22-nə olan məlumata əsasən, onun qələbə şansı daha çoxdur. Bukmeykerlərin reytinqində ikinci yerdə çinli avanqard yazıçı Den Syaohua qərarlaşıb. O, əsərlərini "Tsan Syue" təxəllüsü ilə yazır. Liderlərin reytinqində üçüncü yerdə avstraliyalı nasir Cerald Marneyndir. Lakin onunla birlikdə norveçli dramaturq Yuna Fossenin və rusiyalı yazıçı Lyudmila Ulitskayanın da qələbə şansları var.

Ədəbiyyat üzrə 2023-cü il Nobel mükafatı laureatı adına namizədlər sırasında Tomas Pinçon, Marqaret Etvud, Salman Rüşdi, özbəkistanlı yazıçı Hamid İsmailov və başqalarının da adı var.

# 760 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #