“Qoğal” tamaşası yenidən nümayiş olunacaq

“Qoğal” tamaşası yenidən nümayiş olunacaq
2 mart 2024
# 10:20

Martın 3-də Azərbaycan Dövlət Kukla Teatrında “Qoğal” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvət olunmuş rejissor məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

Qeyd edək ki, bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçıların ifalarında izləyəcəklər.

# 555 dəfə oxunub

Müəllifin son yazıları

# # #