Qızından sonra oğlu da soyadından imtina etdi

Qızından sonra oğlu da soyadından imtina etdi
2 iyun 2026
# 10:09

Hollivudun ən məşhur aktyorlarından olan Bred Pit yenidən ailədaxili qalmaqallarla gündəmə gəlib. Ancelina Coli ilə səs-küylü şəkildə boşanan 62 yaşlı ulduzu artıq övladları da tərk edir.

Kulis.az xəbər verir ki, doğma qızı Şaylodan sonra indi də ən böyük oğlu atasının soyadından imtina etmək qərarına gəlib.

Ancelina Colinin 2002-ci ildə Kambocadan övladlığa götürdüyü 24 yaşlı Maddoks "Pit" soyadından qurtulmaq üçün məhkəməyə müraciət edib. Müraciətində şəxsi səbəbləri əsas gətirən gənc tam adının qanuni olaraq "Maddoks Çivan Coli" kimi dəyişdirilməsini tələb edib.

Qeyd edək ki, Bred Pitin uşaqları ilə yaşadığı soyadı böhranı yalnız Maddoksla məhdudlaşmır. Cütlüyün ilk bioloji övladı olan 20 yaşlı Şaylo da ötən il məhkəmə qərarı ilə "Pit" soyadından imtina etmişdi

Digər qızları Zahara və Vivyen isə məhkəməyə rəsmi müraciət etməsələr də, yer aldıqları sosial və mədəni layihələrdə artıq "Pit" soyadından istifadə etməyi dayandırıblar.

Bütün bu yaşananların fonunda Bred Pitə yaxın mənbələr fərqli iddialarla çıxış edirlər. Onların sözlərinə görə, məşhur aktyor ictimaiyyətə təqdim edildiyi kimi laqeyd ata deyil və hazırda altı övladı ilə yenidən sağlam münasibət qurmaq üçün əlindən gələni edir.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər