Tamaşaçı bu filmin süjetini dəyişəcək - YENİLİK

Tamaşaçı bu filmin süjetini dəyişəcək - <span style="color:red;">YENİLİK
20 iyun 2018
# 09:48

Britaniyanın Nottinqem universitetinin alimi Riçard Remçern süjetin tamaşaçı marağı əsasında dəyişə bilən film yaradıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, tamaşaçının beyin aktivliyini hesablayan cihazın siqnalları əsasında işləyən proqram sayəsində mümkün olub. Bu siqnallar əsasında filmdəki hadisələrin inkişafı idarə olunur.

27 dəqiqəlik film “Məqam” adlanır və filmdəki hadisələr antiutopik gələcəkdə baş verir. Süni intellektin bəşəriyyət üçün təhlükə yaratmasından bəhs edir.

“Aparat beyin neyronlarının impulslarını siqnal şəklində qəbul edir. Beləliklə biz tamaşaçının nəyə diqqət etdiyini bilirik və bu məlumat Bluetooth-la kompüterə ötürülür. Kompüterdə isə mənim yaratdığım sistem alınan siqnaldan asılı olaraq süjetin müxtəlif inkişaf variantlarından birini seçir” – deyə Ramçern izah edib.

Filmin premyerası iyunun 7-ə planlaşdırılıb.

# 1071 dəfə oxunub

Müəllifin son yazıları

# # #