"Qızıl qönçələr"ın yeni bölümü ilə bağlı yeni xəbər

"Qızıl qönçələr"ın yeni bölümü ilə bağlı yeni xəbər
10 yanvar 2024
# 13:30

"FOX TV"də yayımlanan "Qızıl Qönçələr" serialı "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) tərəfindən cəzalandırılıb.

Kulis.az xəbər verir ki, qərara əsasən, yanvarın 8-də yayımlanmalı olan 3-cü və növbəti həftədəki bölümün yerinə sənədli film efirə gedib.

Tənqidlərlə qarşılanan bu addımın ardından serialın yeni seriyasının nə vaxt yayımlanancağı sual doğurub.

Şirkətdən verilən məlumata görə, serialın 3-cü seriyası yanvarın 22-də tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Deniz canlandırır.

# 1096 dəfə oxunub

Müəllifin son yazıları

# # #