Mədəniyyət evləri pandemiyadan sonra -Hansı işlər görüləcək?

Mədəniyyət evləri pandemiyadan sonra -Hansı işlər görüləcək?
3 iyun 2021
# 18:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan mədəniyyət evləri və klub direktorlarının iştirakı ilə videokonfrans formatında onlayn iclası keçirilib.

Kulis.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov iclası açaraq mədəniyyət evləri və klubların pandemiya dövründəki fəaliyyətinə toxunub və qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.

Daha sonra mədəniyyət müəssisələrinin direktorları çıxış edərək görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə geniş məlumat veriblər. Müəssisələrin pandemiyadan sonrakı dövrdə beynəlxalq əməkdaşlıq sahəsində görə biləcəkləri işlər haqqında fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.

İclasa yekun vuran Baş İdarənin rəisi Cəlil Məlikov qarşıya qoyulan vəzifələrin reallaşmasında bütün müəssisələrə uğurlar arzulayıb.

# 1661 dəfə oxunub

Müəllifin son yazıları

# # #