İtaliyanın paytaxtında hökm sürən quraqlıq nəticəsində Tibr çayında suyun kəskin azalması qədim Roma körpüsünün qalıqlarını üzə çıxarıb.
Kulis.az "Euronews"a istinadən xəbər verir ki , Vatikan yaxınlığında yerləşən və ənənəvi olaraq "Neron körpüsü" kimi tanınan bu tarixi tikilinin əslində eramızın 39-cu ilində, İmperator Kaliqula dövründə inşa edildiyi ehtimal olunur.
Tarixi qeydlərə əsasən, bu keçid eramızın III əsrinin sonlarından etibarən istifadədən çıxıb və tədricən unudulub.
Tibr çayının su axınının tarixi normadan iki dəfə aşağı düşməsi qədim körpünün qalıqlarını aydın görünən hala gətirib.
Beləliklə, ölkədəki ciddi su qıtlığı Romada nadir arxeoloji mənzərənin yaranmasına səbəb olub.