Yeddi gündür vəfat edən Toğrul Nərimanbəyov hələ də dəfn edilməyib

Yeddi gündür vəfat edən Toğrul Nərimanbəyov hələ də dəfn edilməyib
10 iyun 2013
# 17:06

Xalq rəssamı Toğrul Nərimanbəyovun meyiti hələ də Parisdə saxlanılır. Ölümündən 7 gün keçsə də, xalq rəssamı hələ də dəfn edilməyib. Hazırda, Parisdə olan rəssamın qızı Əsmər Nərimanbəyovanın ANS-ə verdiyi məlumata görə, bu gün Fransada Azərbaycan Mədəniyyət Mərkəzində rəssamın hüzr mərasimi keçiriləcək. Günün ikinci yarısında isə Azərbaycanın Fransadakı Səfirliyinin əməkdaşları meyitin morqdan çıxarılması üçün danışıqlar aparacaq.

Rəssamın ikinci həyat yoldaşı Sevinc Nəcəfzadə Toğrul Nərimanbəyovun Fransada, rəssamın qızı isə onun Azərbaycanda dəfn olunmasını istəyir. Hazırda bu mübahisəli məqamla bağlı Əsmər Nərimanbəyova işə fransalı vəkilləri də cəlb edib.


Xatırladaq ki, Toğrul Nərimanbəyov iyunun 2-də dünyasını dəyişsə də, onun ölümü xəbəri 6 gün sonra yayılıb.

# 2146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #