“Qaratoxmaq qadın” operası nümayiş olunacaq

“Qaratoxmaq qadın” operası nümayiş olunacaq
13 sentyabr 2023
# 11:30

Oktyabrın 1-də Azərbaycan Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin üçpərdəli “Qaratoxmaq qadın” operası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti Fəxrəddin Kərimov, quruluşçu rejissor Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşçu rəssamı isə Elena Bodrovadır.

Qeyd edək ki, operanın librettosu Aleksandr Puşkinin eyniadlı povestinin motivləri əsasında qələmə alınıb.

# 994 dəfə oxunub

Müəllifin son yazıları

# # #