"Qara Pantera"nın ulduzu cinsi təcavüz iddialarından sonra Netflix-i tərk edir

"Qara Pantera"nın ulduzu cinsi təcavüz iddialarından sonra Netflix-i tərk edir
22 iyun 2023
# 11:30

"Qara Pantera: Həmişə Wakanda"nın ulduzu Tenoch Huerta musiqiçi və fəal Maria Elena Rios tərəfindən cinsi təcavüz ittiham olunduqdan sonra Netflix-in "Fiesta en la Madriguera" filmini tərk edib.

Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.

“Mariya Elena Riosun son yalan ifadələrinin mənə vurduğu psixoloji zərbəni nəzərə alaraq, "Fiesta en la Madriguera" filmindən çəkilməkdən başqa yolum yoxdur. Onun bunu bəhanə gətirərək layihədə iştirak edən onlarla istedadlı və zəhmətkeş insanların işinə də xələl gətirməsinə icazə verə bilmərəm", - deyə aktyor bildirib.

Onun sözlərinə görə, indi əsas məqsədi əvvəlki reputasiyasını bərpa etməkdir.

Qeyd edək ki, aktyor bundan əvvəl məlumatı təkzib etmişdi.

# 629 dəfə oxunub

Müəllifin son yazıları

# # #