"Qara Pantera" filminin nümayişində LGBT personajları olan səhnə kəsildi

"Qara Pantera" filminin nümayişində LGBT personajları  olan səhnə kəsildi
14 noyabr 2022
# 15:30

Küveytdə "Qara Pantera" filminin nümayişi zamanı LGBT personajları olan səhnə kəsilib.

Kulis.az xəbər verir ki, filmin təqdimatında Michaela Koel və Florens Kasumban qəhrəmanları arasında olan 10 saniyəlik yaxınlıq səhnəsi kəsilib. Bu barədə “The Hollywood Reporter” məlumat verib. Bundan əlavə, yerli senzorlar filmdən qadının uşaq dünyaya gətirdiyi səhnəni də çıxarıb, çünki filmdəki körpə “öz xalqı üçün tanrı” elan olunur.

Küveytin bölgədə LGBT personajlarına görə"Qara Pantera"dan səhnə kəsən yeganə dövlət olduğu bildirilir. Belə ki, film heç bir səhnə çıxarılmadan bundan sonra Səudiyyə Ərəbistanı , BƏƏ , Oman , Bəhreyn və Qətərdə nümayiş etdiriləcək.

Qeyd edək ki, bundan öncə də “Qara Pantera”nın lezbiyan qəhrəmanlara görə Çində nümayiş olunmayacağına dair məlumatlar yayılmışdı.

# 1052 dəfə oxunub

Müəllifin son yazıları

# # #