"Amerika" adlı qızıl unitazı oğurlayan şəxs tapılmır - Foto

"Amerika" adlı qızıl unitazı oğurlayan şəxs tapılmır - Foto
15 sentyabr 2021
# 18:43

2 il öncə İngiltərədə oğurlanan "Amerika" adlı qızıl unitazdan xəbər yoxdur.

Kulis.az xəbər verir ki, bu yöndə şübhəlilər dindirilsə də, oğurluq faktının üstü hələ də açılmayıb. "Blenheim" sarayından oğurlanan unitazın qiyməti 6 milyon dollardır. Bu günə qədər oğurluq faktına görə 7 nəfər dindirilib. Sonda onların heç birinin oğurluqda əli olmadığı üzə çıxıb.

Qeyd edək ki, iki il öncə saraya daxil olan oğru qızıl unitazı söküb oğrulayıb. Unitaz su xəttinə bağlı olduğundan hadisədən sonra sarayı su basıb.

# 1198 dəfə oxunub

Müəllifin son yazıları

# # #