Prodüserlər Gildiyasına yeni sədr seçildi

Prodüserlər Gildiyasına  yeni sədr seçildi
28 aprel 2023
# 12:02

Aprelin 27-də Azərbaycan Prodüserlər Gildiyasının növbədənkənar iclası keçirilib.

Kulis.az xəbər verir ki, iclasda keçirilən səsvermənin nəticələrinə əsasən, Fikrin Bəktaşi Gildiyanın sədri vəzifəsinə seçilib.

Gildiyanın İdarə Heyətinə isə Pərviz Məmmədov, Nazim Hüseynov, Müşfiq Xatəmov, Oksana Rəsulova, Mariya İbrahimova və Nəriman Məmmədov yekdilliklə seçiliblər.

Xatırladaq ki, Azərbaycan Prodüserlər Gildiyası 2012-ci ildə 15 dövlət və qeyri-dövlət təşkilatı tərəfindən təsis edilib. Gildiyanın əsas məqsədi milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsindən ibarətdir.

# 987 dəfə oxunub

Müəllifin son yazıları

# # #