“Dəyər Ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında yeni layihəyə imza atıb.
Kulis.az xəbər verir ki, Xurşidbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyindən bəhs edir.
Mahnını peşəkar müğənni Rilaya ifa edib. “Şuşa”nın musiqisi Nataliya Gonçarovaya, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur. Natik Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir.
- Azərbaycan və rusiyalı ifaçılar eyni səhnəni bölüşəcək
- Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək beynəlxalq festivala dəvət olundu
- Bakıda keçiriləcək "LiFFt" festivallar festivalının seçim müsabiqəsi başladı
Bu layihə “Azərİpək” MMC-nin dəstəyi ilə “Dəyər Ver” tərəfindən həyata keçirilib. Layihə üç dildə - Azərbaycan, rus və ingilis dilində hazırlanıb.
Xatırladaq ki, Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi hesab edilən Şuşada yaşayıb.