Pop musiqisinin ikonik adı Madonnanın 66 yaşı var

Pop musiqisinin ikonik adı Madonnanın 66 yaşı var
20 avqust 2024
# 16:08

Pop musiqisinin dünyaca məşhur ulduzu Madonna 66 yaşını unudulmaz əyləncə gecəsi ilə qeyd edib. 6 övladı ilə bir araya gələn Madonnanın paylaşımları trend mövzusuna çevrilib.

Kulis.az xəbər verir ki, Dünya turnesini başa vuran "Pop kraliçası"nın avqustun 16-da 66 yaşı tamam olub.

Məşhur müğənni doğum gününü İtaliyada sevdikləri ilə birgə qeyd edib.

6 uşaq anası olan Madonna övladları Lourdes, Rocco, Stella, Estere, Mercy və David ilə pozalar verib.

"Gözəl həyat" qeydi ilə paylaşım edən Madonna bir müddət əvvəl sevgili olduğu iddia edilən futbolçu Akeem Morris ilə əl-ələ görüntülənib.

Qeyd edək ki, ötən ilin iyununda otel otağında huşsuz vəziyyətdə tapılan və reanimasiyada ciddi bakterial infeksiyadan müalicə olunan Madonna ölümün bir addımlığından qayıtmışdı.

# 412 dəfə oxunub

Müəllifin son yazıları

# # #