İspan rəssamı Pablo Pikassonun şah əsərlərindən biri "Femme à la montre" Dubaydakı hərrac evində nümayiş etdirilib.
Kulis.az xəbər verir ki, tablonun dəyərinin 120 milyon dollardan çox olduğu təxmin edilir.
Qeyd edək ki, Pikasso sözügedən tablonu 1932-ci ildə çəkib.
Əsərin Dubaydan sonra digər ölkələrdə də nümayiş olunması nəzərdə tutulub.