“İspan xalq nağılları” kitabı nəşr olundu

“İspan xalq nağılları”  kitabı nəşr olundu
16 sentyabr 2024
# 17:21

Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı nəfis tərtibatlı, rəngli illüstrasiyalı “İspan xalq nağılları” kitabını nəşr edib.

Kulis.az xəbər verir ki, məktəblilərin mütaliəsi üçün nəzərdə tutulan kitaba dostluq, sədaqət, mərhəmət kimi mövzuları əhatə edən “Qara quzu”, “Xəlifə və çoban”, “Xuan Arrada”, “Yaralı aslan”, “Xilaskar torağay”, “Şahzadə və dilənçi”, “Şair və xəlifə”, “Xəsis dəyirmançı” kimi ibrətamiz məzmunlu nağıllar daxil edilib.

Nağılların ispan dilindən tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, redaktoru Selcan Abasovadır.

Kitabı yaxın günlərdə kitab evləri və mağazalarından əldə etmək olar.

# 190 dəfə oxunub

Müəllifin son yazıları

# # #