“Payız Əfsanələri” incəsənət müsabiqəsi və “Bakı Rəqs Kuboku” keçirildi

“Payız Əfsanələri” incəsənət müsabiqəsi və “Bakı Rəqs Kuboku” keçirildi
14 noyabr 2022
# 17:40

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, "Payız Əfsanələri" incəsənət yarışması keçirilib.

Kulis.az xəbər verir ki, müsabiqənin təşkilatçıları Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası olub.

"Payız Əfsanələri " yarışmasında bir neçə janrda iştirakçıların çıxışları olub - folk, akademik, estrada, vokal, teatr, bədii qiraət, xoreoqrafiya, xalq çalğı alətləri, akademik alətlər və s.

İştirakçılar yaş kateqoriyalarına bölünüblər: Baby (4-6 yaş), uşaqlar 1 (7-8 yaş), uşaqlar 2 (9-10 yaş), yeniyetmələr 1 (11-12 yaş), yeniyetmələr 2 (13-15 yaş), böyüklər (16-25 yaş), profi - 25 yaşdan yuxarı.

Seçimdə münsiflər heyəti kimi Azərbaycanın Əməkdar artistləri və İncəsənət xadimləri çıxış ediblər.

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #