Rüstəm Behrudiyə ağır itki üz verdi - Foto

Rüstəm Behrudiyə ağır itki üz verdi - Foto
27 aprel 2021
# 06:22

Tanınmış şair Rüstəm Behrudinin qardaşı oğlu vəfat edib.

Bu barədə Kulis.az-ın Rüstəm Behrudi məlumat verib.

O bildirib ki, qardaşı oğlu İsa gecə saatlarında yaşadıqları evdən çıxaraq 15-ci mərtəbəyə qalxıb və özünü oradan ataraq intihar edib.

İsanın atası İlham Alməmmədov isə oğlunun öldürüldüyü haqda status paylaşıb.

Bu barədə danışan Rüstəm müəllim intihara təhriklə bağlı bəzi şübhələrin olduğunu deyib:

“Ətrafı onu intihara təhrik edə bilər deyə şübhələr var. Bu barədə polisə məlumat vermişik.”

Rüstəm müəllimin dediyinə görə, 17 yaşlı İsa çox ağıllı, savadlı bir yeniyetmə olub, heç vaxt valideynlərini və qohumlarını narazı salan bir hərəkəti olmayıb.

Allah rəhmət eləsin.

No description available.

# 2884 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #