Papa Leo: "Kino ümidi hərəkətə gətirən sənətdir"

Papa  Leo: "Kino ümidi hərəkətə gətirən sənətdir"
19 noyabr 2025
# 11:00

Papa XIV Leo Vatikanın Klementina Salonunda Spayk Li, Keyt Blanşet, Monika Belluçi və Qreta Qerviq kimi tanınmış kino simalarını qəbul edərək kino sənətinin cəmiyyət üçün əvəzsiz rolunu vurğulayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, o, kinonu “ümidi hərəkətə gətirən sənət” adlandırıb və tamaşaçının dünyaya yeni gözlərlə baxmasına kömək etdiyini bildirib.

Papa həmçinin kino və teatrların şəhərlərin “döyünən ürəyi” olduğunu, mədəni məkanların yaşadıqca cəmiyyətin də yaşadığını qeyd edib.

Kino sənayesinin böhranla üzləşdiyini söyləyən Papa, yaradıcı azadlığın alqoritm məntiqinə tabe olmaması barədə xəbərdarlığını çatdırıb.

Görüşün sonunda Spayk Li Papaya üzərində “Papa Leo” yazılmış 14 nömrəli NBA formasını, Keyt Blanşet isə xüsusi hazırlanmış bilərzik hədiyyə edib.

Qeyd edək ki, Papa kino sənətçilərini “ümid, gözəllik və həqiqətin şahidləri” olmağa çağırıb.

# 53 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər