Əhməd bəy Ağaoğlunun məqalələri kitab şəklində çap olunub

Əhməd bəy Ağaoğlunun məqalələri kitab şəklində çap olunub
30 may 2019
# 16:02

“Əhməd bəy Ağaoğlu. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu” çapdan çıxıb.

ONA-nın məlumatına görə, topluya daxil olan sənədlər və materiallar Ə.Ağaoğlunun XX əsrin əvvəllərində, xüsusilə 1905-1906-cı illər erməni-azərbaycanlı münaqişəsi zamanı fəaliyyətini əhatə edir.

Kitaba Ə.Ağaoğlunun Qafqazda milli məsələyə və müsəlman xalqlarının problemlərinə, 1905-1906-cı illər münaqişəsinə dair məqalələri, Ə.Ağaoğlunun dindirilmə protokolu, onun məktubları, çıxışları və s. daxil edilib.

Azərbaycan və rus dillərində nəşr olunan toplunun tərtibçisi, ön sözün, qeyd və şərhlərin müəllifi Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.

# 1349 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #