Özbəkistanda Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü qeyd olunub

Özbəkistanda  Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü qeyd olunub
28 may 2025
# 17:24

Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Radisson Blue” mehmanxanasında rəsmi qəbul keçirib.

Kulis.az xəbər verir ki, tədbirdə Özbəkistan Respublikasının Baş nazirinin birinci müavini Açilbay Ramatov, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, paytaxtdakı diplomatik qurumların hərbi attaşeləri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, incəsənət xadimləri və jurnalistlər iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları təbrik edərək bildirib ki, 28 May 1918-ci ilin may ayının 28-də Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti elan edilib və onun 107 illiyini bu gün qeyd edilir.

Qeyd edək ki, tədbirin bədii hissəsində Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan və Özbək mahnılarıni ifa edib.


# 161 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #