Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
4 mart 2022
# 15:30

Akrep Nalan ləqəbi ilə tanınan türkiyəli pop musiqiçi Füsun Nalan Açın vəfat edib.

Kulis.az xəbər verir ki, 67 yaşlı sənətçi Bodrumdakı evində nəfəs darlığından dünyasını dəyişib.

Qeyd edək ki, Nalan "Hayat bilgisi" adlı serialda Fidan müəllimə obrazına həyat verib. O, ilk albomu - "Dağ Çiçeği" ilə məşhurluq qazanıb. "Zirvedekiler", "Baskül Ailesi", "Peki olur şekerim", "Aşk Mahkumu" kimi bir çox ekran işində rol alıb.

Onun "İstemem", "Sende kalsın", "Karlar düşer", "Zil zurna sevdalar" adlı məşhur klipləri var.

# 4259 dəfə oxunub

Müəllifin son yazıları

# # #