Özbək teatrının yaradıcı heyəti Musiqili Teatrda

Özbək teatrının yaradıcı heyəti Musiqili Teatrda
21 sentyabr 2023
# 13:00

Son illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbəkistanın müxtəlif teatrları arasında imzalanan əməkdaşlıq memorandumları qarşılıqlı mədəni əlaqələrin inkişafına öz töhfəsini verməkdədir. Birgə layihələr çərçivəsində teatr kollektivlərinin qastrol səfərləri, rejissor, aktyor mübadiləsi həyata keçirilir. Özbəkistanın Kattakurqon Şəhər Dram Teatrı və Muqimi adına Özbəkistan Dövlət Akademik Teatrının yaradıcı heyətlərinin ötən mövsümdəki qastrol səfərlərindən sonra bu ənənə uğurla davam etdirilir.

Kulis.az xəbər verir ki, bu dəfə sənət ocağının qonağı Özbəkistanın Namanqan Dövlət Musiqili Dram Teatrı olacaq. Qardaş ölkənin teatrının yaradıcı heyəti oktyabrın 2-3-də “Ah, bu qocalar – qəribə qocalar!” komediyasını nümayiş etdirəcəklər.

Süjet xəttində ailə-məişət məsələləri dayanan səhnə əsərinin müəllifi Özbəkistanın Xalq şairi Oxunjon Hakimov, səhnələşdirəni və rejissoru Marufjon Niyazovdur.

Özbək dilində təqdimatı nəzərdə tutulan tamaşanın biletlərini şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

Kollektiv sifarişlər də qəbul olunur.

# 771 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #