“Yaz festivalı"nın qalibləri bəlli oldu

“Yaz festivalı"nın qalibləri bəlli oldu
1 iyul 2021
# 09:59

Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Masallı, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən virtual "Yaz festivalı" başa çatıb.

Kulis.az xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən və bir ay davam edən onlayn festival Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən şeirlər, qəzəllər, romanslar, mahnılar və rəsm əsərləri nümayiş olunmaqla üç janr üzrə keçirilib.

Münsiflər heyətinin qərarına əsasən "Yaz festivalı"nın qalibləri müəyyən olunub.

Masallı İncəsənət Məktəbinin şagirdi Nurgül Cəfərova birinci, Musaküçə Kənd Sənətkarlıq Evinin bədii rəhbəri Ziyafət Hüseynov və Masallı Rayon Dövlət Rəsm Qalereyasının direktor əvəzi Təhmasib Məcidov ikinci, Masallı İncəsənət Məktəbinin şagirdi Səbinə Həbibova üçüncü yerlərə layiq görülüblər.

azertag.az

# 1577 dəfə oxunub

Müəllifin son yazıları

# # #