"Oxuyan gələcək" - Bulvarda kitab sərgisi

"Oxuyan gələcək" - Bulvarda kitab sərgisi
30 avqust 2023
# 18:13

1-3 sentyabr tarixində Dənizkənarı Milli Parkda kitab sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "LIBRAFF" kitab mağazaları şəbəkəsi və ˝TEAS Press˝ Nəşriyyat evinin əməkdaşlığı ilə keçiriləcək sərgidə hər kəs iştirak edə bilər.

Sərgidə endirimli kitab satışı, imza günləri, yazıçı və peşəkarların bir-birindən maraqlı çıxışları baş tutacaq.

Qeyd edək ki, ˝Oxuyan gələcək˝ şüarı ilə keçirilən sərgiyə giriş pulsuzdur.

# 1540 dəfə oxunub

Müəllifin son yazıları

# # #