"Oskar"a namizəd aktyor Kusturitsanın filmində

"Oskar"a namizəd aktyor Kusturitsanın filmində
27 yanvar 2025
# 14:01

Builki "Oskar"ın namizədləri sırasında olan rus aktyor Yura Borisov Emir Kusturitsanın yeni filmində rol alacaq.

Kulis.az xəbər verir ki, Kusturitsanın sözlərinə görə, 2025-ci ilin yayında çəkilişləri başlayacaq filmdə Borisov gənc rejissoru canlandıracaq. Filmdəki gənc rejissor Dostoyevskinin "Cinayət və cəza" romanı əsasında film çəkmək istəyir, arzusunu reallaşdırmaq üçün lazım olan məbləğ qarşılığında isə qanun pozuntusuna yol verməlidir.

"Yura istənilən rolun öhdəsindən gələ bilər", - Emir deyib.

# 604 dəfə oxunub

Müəllifin son yazıları

# # #