Orhan Pamuk: “Maşallah, o qədər pis şeylər baş verir ki..."

Orhan Pamuk, yazıçı

Orhan Pamuk, yazıçı

14 dekabr 2021
# 18:30

“Ölkəmin həm siyasi, həm də iqtisadi olaraq bu qədər pis vəziyyətdə olacağı heç vaxt ağlıma gəlməzdi. Allah millətə səbir versin” .

Kulis.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə Jurnalistlər Cəmiyyəti tərəfindən 45-ci dəfə keçirilən Sedat Simavi Mükafatlarında ədəbiyyat kateqoriyasında mükafat alan Orhan Pamuk Türkiyədə dövlətin avtoritarlaşdığı bir zamanda iqtisadiyyatın da pisləşdiyini bildirib.

“Vəba gecələri” adlı son romanı ilə mükafat alan Pamuk, daha sonra o bunlar deyib:

“Maşallah, o qədər pis şeylər baş verir ki, fikir azadlığı indi Jurnalistlər Cəmiyyətindədir, xüsusən də, jurnalistlər sorğusuz-sualsız, uydurma şeylərlə həbsə atılırlar. Türkiyə elə bir ölkəyə çevrilib ki, biz romançı deyilik, amma iki-üç kvadratmetrlik torpaqda başını tapa bildiyi yerdə qəhrəmancasına döyüşən, iqtidarı olduğu qədər tənqid edən jurnalistlər cəmiyyətindən mükafat almaq mənim üçün şərəfdir".

# 1708 dəfə oxunub

Müəllifin son yazıları

# # #