Ordubadda dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq

Ordubadda dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq
20 sentyabr 2023
# 13:43

Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğu yaradılacaq.

Kulis.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Mədəniyyət Nazirliyi ilə birgə 2023-cü ildə Ordubad şəhərinin qədim məhəllələrini əhatə edən ərazidə dövlət tarix-mədəniyyət qoruğunun yaradılması ilə bağlı müvafiq normativ hüquqi aktların hazırlanmasını təmin etməlidir. Eyni zamanda, 2023-cü il ərzində Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası; Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı üçün yeni binanın tikintisi ilə bağlı layihə sənədləri hazırlanmalıdır.

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #