“Dalğa” qrupunun konserti olacaq

“Dalğa” qrupunun konserti olacaq
4 noyabr 2019
# 11:27

Noyabrın 14-ü saat 19-da Heydər Əliyev Sarayında tanınmış cənublu aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi “Dalğa” qrupunun konserti olacaq.

Kulis.az xəbər verir ki, “Arazın səsi” adlanan konsertdə həm şimallı, həm cənublu ifaçılar birgə səhnəni bölüşəcəklər.

Konsertdə saz, muğam və xalq musiqisinin sintezindən ibarət maraqlı nömrələr ifa olunacaq.

# 2313 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #