Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı
10 sentyabr 2026
# 15:41

Qarabağ və Şərqi Zəngəzurda yerləşən 130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)”nın dördüncü günündə çıxışı zamanı deyib.

O bildirib ki, bunun əsas səbəbi həmin ərazilərin hələ də minalarla çirklənmiş olmasıdır.

“Genişmiqyaslı humanitar minatəmizləmə işlərinə başlayan Azərbaycan bərpa prosesində insan və mədəniyyət mərkəzli yanaşma tətbiq edir. Tarixi abidələr bərpa olunur, mədəniyyət müəssisələri yenidən açılır, “ağıllı kənd”lər və müasir şəhərlər salınır. “Yaşıl enerji” infrastrukturu genişləndirilir, məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Çünki Qarabağa və Zəngəzura qayıdış yalnız insanların yenidən orada yaşaması demək deyil. İnsanlar özlərini doğma evlərində hiss etməlidirlər. Bunun üçün onların öz irslərinin bir hissəsi hesab etdikləri abidələr də mövcud olmalıdır”, - Dövlət Xidmətinin rəisi qeyd edib.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər